Pokatilov qərarını finaldan sonra verəcək

“Sabah”ın qapıçısı Stas Pokatilov hələ də gələcək karyerası ilə bağlı bir qərara gəlməyib.

Newsport.az “sports.kz” saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper Azərbaycan klubundan ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qazaxıstan millisinin üzvü hazırda bütün diqqətini mayın 31-də “Qarabağ”a qarşı keçiriləcək Azərbaycan Kubokunun final matçına cəmlədiyini bildirib. O, yalnız final görüşündən sonra bütün variantları nəzərdən keçirərək qərarını qətiləşdirəcək.

Qeyd edək ki, Pokatilov bu ilin yanvarında “Tobol”dan “Sabah”a keçib. O, cari mövsüm Bakı klubunda 18 oyun keçirib, 19 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right