Azarkeşlər Nazarov üçün etiraza başladı

Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarovun Almaniyanın “Offenbax” klubundan ayrılması yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin yenilənməməsi Regionalliqa təmsilçisinin fanatlarının narazılığına səbəb olub.

Yerli azarkeşlərin fikrincə, Nazarov yaşı çox olmasına baxmayaraq, komandanın ən faydalı oyunçusudur. Təsadüfi deyil ki, 35 yaşlı orta sahə oyunçusu geridə qalan mövsümdə 15 qolla komandanın bombardiri olub. “Offenbax” azarkeşləri rəhbərliyin fikrini dəyişməsi və Nazarovla yeni sözləşmənin imzalanması üçün kluba təzyiq göstərir. Maraqlıdır ki, oyunçu özü də açıqlamasında daha bir il qalmaq istəyində olduğunu gizlətməyib.

Qeyd edək ki, Dimitri Nazarov “Offenbax”a 2023-cü ilin yayında “Aue”dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right