Millimiz DÇ-də 1/8 final görüşünə çıxır

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi başlayacaq.

Newsport.az xəbər verir ki, bu mərhələnin ilk oyun gününə 4 matç nəzərdə tutulub.

A qrupunu lider kimi başa vuran Azərbaycan millisi B qrupunun ikincisi olan Rumıniya ilə qarşılaşacaq. Görüş saat 20:30-da başlayacaq.

Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). 

Dünya çempionatı

1/8 final

27 may

17:30. İngiltərə - Bolqarıstan

19:00. Portuqaliya - Macarıstan

20:30. Azərbaycan - Rumıniya

22:00. Fransa - Mavritaniya

Qedy edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right