"Turan Tovuz”un futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

"Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Onun yubileyi Misli Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.

24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/2020 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.

Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right