Azər Bağırov istefa verdi

“Kəpəz” bu gün Azərbaycan Premyer Luqasının cari mövsümünün son turunda “Turan Tovuz”un qonağı olub.

Newsport.az xəbər verir ki, 0:4 hesabı ilə darmadağın olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb:

“Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəkdik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə çox danışmaq istəmirəm. Mənim öz baxışlarım var”.

“Kəpəz” 2024/25 mövsümünü 32 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right