“Neftçi”nin futbolçusu Azər Salahlı Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Newsport.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib. 31 yaşlı müdafiəçi “Sabah”la səfər görüşünə (0:1) start heyətində çıxıb. Azər 200 matçda 9 qola imza atıb.
2013/14 mövsümündə “İnter”in (indiki “Şamaxı”) futbolçusu kimi Premyer Liqada debüt edən Salahlı 4 klubun formasını geyinib. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib. Qeyd edək ki, Azər ölkə çempionatları tarixində 200 və ya daha çox matçda iştirak edən 155-ci futbolçudur.