Millimiz dünya çempionatında qalib gəldi və pley-offa vəsiqə qazandı Yenilənib

Bakıda minifutbol üzrə dünya çempionatı keçirilir.

Newsport.az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin 3-cü turu start götürüb.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniyanı qəbul edib. Görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra millimiz turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. 

Bu qrupun digər oyununda Bəhreyn Sloveniya ilə qarşılaşıb. Oyun Bəhreynin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda bu qrupda Azərbaycan 7 xalla liderdir. 4 xalı olan Mavritaniya 2-cidir. Bəhreyn eyni xalla 3-cü, Sloveniya isə 1 xalla 4-cü yerdədir.

Millimiz daha əvvəl Bəhreynlə heç-heçə edib, Sloveniyaya isə qalib gəlib - 1:1, 4:0.

Dünya çempionatı, qrup mərhələsi

Azərbaycan – Mavritaniya 2:0

Qollar: Mirmehyi Rzayev 44,Ramiz Çovdarov 50(p) 

Azərbaycan millisi: Ağaseyid Qasımov, Vəli Qafarov - Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirmehti Rzayev, Müseib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev, Kamran Qürbətov, Mirkamil Əliyev, Taleh Babayev, Kamran Abdullazade, Elvin Əlizadə, Məhəmməd Xəlilov, Ramiz Çovdarov

Millimiz bu qrupda Bəhreynlə heç-heçə edib (1:1), Sloveniyaya qalib gəlib (4:0). Mavritaniya isə sloveniyalılarla heç-heçə edib (1:1), Bəhreyni isə (2:0) məğlub etmişdi. Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right