“Sumqayıt”ı “Kəpəz”lə matçda kim çıxaracaq?

Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt” doğma meydanında "Kəpəz”i qəbul edəcək.
Newsport.az saytının məlumatına görə, "gənclik şəhəri” təmsilçisini Gəncə təmsilçisi ilə matça komandanın baş məşqçisi Samir Abasov çıxarmaya bilər.
Buna səbəb isə Abasovun AFFA-nın təşkil etdiyi "A” kateqoriyalı məşqçilər kursunda iştirak etməsidir.
 
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovdan əldə etdiyimiz məlumata görə, komandanın "Kəpəz”lə matça kimin kimin başçılığı altında çıxacağı bəlli deyil. Məmmədov "A” kateqoriyalı məşqçilər kursunun həftəsonunadək bitəcəyi təqdirdə komandanın sükanı arxasında olacağı bildirib. Klub rəsmisi komandanın Samir Abasovun başçılğı altında məşq etdiyini də bildirib. O, kursların günorta vaxtı, komandanın məşqlərinin isə axşam vaxtı olduğu üçün Abasovun məşqlərdə iştirak etdiyini diqqətimizə çatdırıb.
 
Qeyd edək ki, "Sumqayıt”ı ölkə kubokunun 1/8 mərhələsində "Neftçala” ilə matça köməkçi məşqçi Vəfadar Quliyev çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right