21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.
Newsport.az AFFA-ya istinadən xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib. “Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.
Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
U-21-ə dəvət olunan futbolçularla tanış ola bilərsiniz:
|
Adı / Soyadı
|
Klubu
|
1
|
Rəvan Mirzəmmədov
|
Sabah
|
2
|
Xəyal Fərzullayev
|
Sumqayıt
|
3
|
Həbib Hüşənov
|
Qəbələ
|
4
|
Səlim Həşimov
|
Zirə
|
5
|
Elgün Dünyamalıyev
|
Sabah
|
6
|
Raul Məmmədov
|
Mingəçevir
|
7
|
Nadir Orucov
|
Sumqayıt
|
8
|
Amin Rzayev
|
Qarabağ
|
9
|
İbrahim Ramazanov
|
Qəbələ
|
10
|
Ayxan Süleymanlı
|
Sumqayıt
|
11
|
Emin Rüstəmov
|
Səbail
|
12
|
Sənan Muradlı
|
Sumqayıt
|
13
|
Nuğay Rəşidov
|
Qəbələ
|
14
|
Rüfət Abbasov
|
Şamaxı
|
15
|
Hikmət Cəbrayılzadə
|
Qarabağ
|
16
|
İbrahim Hacı
|
Qarabağ
|
17
|
Dinamin Bağırov
|
Turan Tovuz
|
18
|
Elcan Əbilov
|
Neftçi
|
19
|
Şahin İbrahimov
|
Sabah
|
20
|
Murad Məmmədov
|
Neftçi
|
21
|
Nihad Əhmədzadə
|
Sumqayıt
|
22
|
Həsən Nəzərli
|
Ankaragücü (Türkiyə)
|
23
|
Edqar Adilxanov
|
Şamaxı
|
24
|
Emil Süleymanov
|
Qəbələ
|
25
|
Oruc Məmmədov
|
Səbail
|
26
|
Elcat Məmmədov
|
Baltika (Rusiya)
|
27
|
Sadiq Baqiyev
|
SKA Xabarovsk (Rusiya)
|
28
|
Sadiq Şəfiyev
|
Kəpəz
|
29
|
Nihat Mehrəliyev
|
Qarabağ
|
30
|
Ağadadaş Salyanski
|
Neftçi
|