Nazarov karyerasını bitirə bilər

Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarov karyerasını bitirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında deyib.

Regionalliqa təmsilçisi “Offenbax”la yollarını ayıran orta sahə oyunçusu karyerasını davam etdirib-etdirməməklə bağlı hələ yekun qərara gəlmədiyini söyləyib: “Əslində, daha bir il burada qalmaq istərdim. Lakin indi ayrılmalı oluram. İndi istirahət etmək üçün bir qədər zamana ehtiyacım var. Çünki ailəmə də vaxt sərf etməliyəm. Ondan sonra gələcəklə bağlı planlarımı quracağam”.

Qeyd edək ki, Dimitri Nazarov bu mövsüm “Offenbax”ın heyətində 15 qol, 8 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right