“Kocaelispor” “Qarabağ”ın əsas rəqibidir

“Qarabağ”ın Vensan Abubakar uğrunda mübarizədə əsas rəqibi bəlli olub.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kocaelispor” da 33 yaşlı forvardı heyətinə qatmaqda maraqlıdır.

Yenidən Superliqaya vəsiqə qazanan Kocaeli klubu hücum xəttini Kamerun millisinin üzvü ilə gücləndirmək niyyətindədir. Lakin bu mübarizədə Azərbaycan çempionu favorit hesab olunur. Çünki danışıqların müsbətə doğru irəlilədiyi və hazırda müqavilənin maliyyə tərəflərinin müzakirə olunduğu bildirilib. Futbolçu özü də “Qarabağ”da oynamaqda maraqlıdır.

Qeyd edək ki, mayın əvvəlində “Hatayspor”dan ayrılan Vensan Abubakar azad agent statusu daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right