"Xankəndi"nin baş məşqçisi: "Bu yolda çox əziyyət çəkdik"

"Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmaları ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, o, komandasının gələcək perspektivlərindən söz açıb: 

"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik. Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm II Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right