Litva millisinin hücumçusu Manfredas Ruzgisin “Qarabağ”a keçidi reallaşmaq üzrədir.
Newsport.az Litva mətbuatına istinadən xəbər verir ki, Albaniyanın “Vora” klubunun forvardı Azərbaycan çempionundan daha yüksək məbləğdə maaş təklifi alıb.
Həmçinin ağdamlıların “Vora”ya da sərfəli təzminat təklif etdiyi vurğulanıb. “Vora”dakı parlaq çıxışı ilə bir neçə klubun diqqətini cəlb edən Ruzgisin transferində “Qarabağ” rəhbərliyi rəqiblərini qabaqlamaq üçün danışıqları intensivləşdirib.
Qeyd edək ki, ötən ilin yayında “Vora”ya keçən Manfredas Ruzgis bu mövsüm 32 oyunda 24 qol vurub.