Region Liqasında bürünc medalçı məlum oldu

Bu gün AFFA Region Liqasında 3-cü yer uğrunda oyun keçirilib.

Newsport.az xəbər verir ki, bürünc medallar üçün "Göyəzən"lə  "Ağstafa Gəncləri" kollektivləri üz-üzə gəlib. 7 qolun vurulduğu qarşılaşma Ağstafa təmsilçisinin 5:2 hesablı qələbəsi ilə  yekunlaşıb.

Region Liqasında 3-cü yeri tutan "Ağstafa Gəncləri" növbəti mövsümdə II Liqada iştirak etmək hüququ əldə edib. "Göyəzən" isə  II Liqada mövsümü 13-cü pillədə başa vurmuş "Lerik"lə pley-off  matçı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right