"Qarabağ"ın 2025/26 mövsümü Çempionlar Liqasına neçənci mərhələdən başlayacacağı dəqiqləşib.
Newsport.az Qol.az-a istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında ÇL-in təsnifat mərhələsində açılmış boş yerlərə buraxılacaq komandalarla bağlı məsələlərə də baxılıb.
İkinci mərhələ üçün boş yerlərdən biri UEFA reytinqi yüksək olan klublardan "Qarabağ"a verilib.
Beləliklə, Ağdam təmsilçisi Çempionlar Liqasına ötən il olduğu kimi bu dəfə də 2-ci təsnifat mərhələsindən başlayacaq.
Bununla bağlı rəsmi açıqlamanın isə tezliklə veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, oyunları isə 22/23 iyul və 29/30 iyul tarixlərində keçiriləcək.