Dünya çempionatı: Millimiz Bəhreynlə heç-heçə etdi Yenilənib

Bu gün Bakıda 32 milli komandanın 8 qrupa bölünərək mübarizə aparacağı minifutbol üzrə dünya çempionatına start verilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisi A qrupunda ilk oyununu Bəhreyn komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

20:30 Azərbaycan - Bəhreyn 1:1

Azərbaycan millisi: Vəli Qafarov, Kamran Abdullazadə, Mirkamil Əliyev, Elvin Əlizadə, Taleh Babayev, Xətai Bağırov, Ramiz Çovdarov, Ağaseyid Qasımov, Kamran Qürbətov, Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Məhəmməd Xəlilov, Təmkin Xəlilzadə, Mirmehti Rzayev, Eşqin Tağıyev, Museyib Vəliyev 

Azərbaycan ayın 23-də Sloveniya (20:45), 25-də Mavritaniya (19:30) ilə qarşılaşacaq.

Xatırladaq ki, dünya çempionatının oyunları mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right