"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən İspaniyaya yola düşüb.
Newsport.az qol.az-a istinadən xəbər verir ki, Q.Qurbanov “Barselona”nın düşərgəsinə yollanıb.
Onun baş məşqçi Hans Fliklə görüşü gözlənilir. Q.Qurbanov “Barselona”nın iş prosesi ilə tanış olacaq.
Səfər üç gün müddətini əhatə edir.
Xatırladaq ki, Q.Qurbanov bugünlərdə verdiyi açıqlamasında Hans Flikin iş prinsipi onun marağına səbəb olduğunu və buna görə də Kataloniya klubunun düşərgəsinə yollanmaq istədiyini demişdi.