Kamerun millisinin hücumçusu Vensan Abubakarın “Qarabağ”a keçidi baş tutmaya bilər.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı forvarda bu ölkədən müştərilər çıxıb.
Belə ki, bu ayın əvvəlində “Hatayspor”dan ayrılan ulduz futbolçu Superliqanın bir neçə iştirakçısının maraq dairəsinə düşüb. Lakin Abubakar özü Türkiyə variantına müsbət yanaşmır. Çünki onunla maraqlanan Türkiyə klubları əsasən elitada qalmağı hədəfləyənlərdir. Futbolçu Çempionlar Liqasında oynamaq arzusunu reallaşdırmaq üçün “Qarabağ”ın formasını geyinməyin tərəfdarıdır.
Qeyd edək ki, Vensan Abubakar daha əvvəl Türkiyədə “Beşiktaş”da çıxış edib.