Bu gün Azərbaycan 2-ci liqasında sonuncu - 26-cı tura start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
"Lerik" "Füzuli"yə, "Şimal" "Göygöl"ə, "Ağdaş" isə "Kür-Araz"a qalib gəlib.
Qeyd edək ki, daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib.
"Füzuli"nin isə növbəti mövsümdən Region Liqasında iştirak edəcəyi dəqiqləşib.
20 may (çərşənbə axşamı)
17:00. “Füzuli” – “Lerik” - 0:1
Qol: Z.Nuruzadə, 79
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Tural Bayramov, Niyaz Əhmədov
Şamaxı OİK stadionu
17:00. “Kür-Araz” – “Ağdaş” - 1:4
Qollar: E.Məmmədov, 57 - pen. – V.Nəsirov, 4; A.Kərimxanov, 9; E.Süleymanov, 21; Ü.Sarıyev, 40
Hakimlər: Sənan Bayramzadə, Sənan Atayev, Cavid Ömərov, Şamil İmanzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu
17:00. “Şimal” – “Göygöl” - 2:0
Qollar: T.Nəsibov, 56; C.Kəlbəliyev, 87
Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Rizvan Süleymanov, Səbuhi Bayramov
Siyəzən şəhər stadionu