UEFA "Qarabağ"ın Bakıdakı oyununu ən yaxşılar siyahısına daxil etdi

UEFA-nın rəsmi saytı Avropa Liqasının cari mövsümünün ən yaxşı 10 oyununun siyahısını tərtib edib.

Newsport.az UEFA-ya istinadən xəbər verir ki, bu siyahıya turnirin əsas mərhələsinin 7-ci turunun “Qarabağ” - FKSB arasında Bakıda keçirilmiş görüşü də əlavə olunub:

“Leandro Andrade 60-cı saniyədə meydan sahiblərini önə keçirdi. Lakin 7-ci dəqiqədə Adrian Şut hesabı bərabərləşdirdi. O, sonda üçüncü qolu da vuraraq komandasına Bakıda qələbə qazandırdı. Bu nəticə rumınlara Avropa Liqasında pley-off mərhələsinə çıxmağına kömək etdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right