Azərbaycan 2-ci liqasında “Ayın qolu” layihəsinin qalibi - “Füzuli” futbol klubunun üzvü Elgün Abbaslı mükafatlandırılıb.
Newsport.az xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun “Lerik”lə oyunundan əvvəl təqdim olunub.
Ona mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.