“Qarabağ” üçün prioritet hədəf: “Tərəflər bir çox məsələdə ortaq məxrəcə gəlib”

Vensan Abubakar “Qarabağ”a keçməyə çox yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə “Foot Africa” nəşri məlumat yayıb.

Afrikada ulduz futbolçularla bağlı ən son yenilikləri çatdırmaqla tanınan sayt Kamerun millisinin hücumçusunun “Qarabağ”la apardığı danışıqların yekunlaşmaq üzrə olduğunu vurğulayıb: “33 yaşlı Abubakar getdikcə böyüyən çempionata hazır görünür. Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən “Qarabağ” meydanda fərq yaratmağa qadir olan təcrübəli futbolçunun komandanı məqsədinə çatmağa komək olacağına inanır. Azərbaycan çempionu bir neçə aydır izlədiyi Abubakarı prioritet hədəfə çevirib. Müzakirələr sürətlə gedir və tərəflər bir çox məsələdə ortaq məxrəcə gəlib”.

“Foot Africa” Abubakarın mümkün keçidini Afrika futbolunda 2025-ci ilin yay transfer dönəminin ən əhəmiyyətli transferlərindən biri olacağını yazıb. Bildirilib ki, bu keçid “Qarabağ”a həm də kommersiya qazancı gətirəcək: “Onun “Qarabağ”a gedişi təsdiqlənsə, bu, Afrika futbolunun abidəsi üçün yeni mötəbər addım və çağırış olacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin “Hatayspor” klubundan ayrılan Vensan Abubakar hazırda azad agent statusu daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right