Ponomaryov yığmada işlədiyi günləri ruslar üçün xatırladı

“Sabah”ın idman direktoru İqor Ponomaryov Rusiya mətbuatına maraqlı açıqlama verib.

Newsport.az xəbər verir ki, 65 yaşlı mütəxəssis milli komandanın baş məşqçisi olduğu DÇ-2002-nin seçmə mərhələsini xatırlayıb.

O, həmin dövrdə yığmamızın daha çox xal toplamaq iqtidarında olduğunu bildirib: “Həmin seçmə mərhələdə komandamız kifayət qədər xal toplaya bilmədi. Məsələn, evdə İsveçlə oyunda ən azı heç-heçə etmək imkanımız var idi. Lakin uzaqdan vurulan bir zərbə ilə 0:1 hesabı ilə uduzduq. Türkiyə ilə Bakıdakı görüşdə də eyni vəziyyət yaşandı. Bərabər səviyyədə mübarizə oldu, yenə minimal hesabla məğlub olduq. Slovakiyaya qarşı möhtəşəm qarşılaşma oldu, 2:0 hesablı qələbə qazandıq. Qapıçımız Cahangir Həsənzadənin həmin matçda əla çıxış etdiyini yaxşı xatırlayıram. Slovaklar güclü idilər, Türkiyə və İsveçlə birlikdə dünya çempionatına vəsiqə uğrunda əsas namizədlərdən sayılırdılar. Belə komandaya qalib gəlmək böyük uğur idi”.

Qeyd edək ki, İqor Ponomaryov 2018-ci ildən “Sabah”da fəaliyyət göstərir. Millimiz DÇ-2002-nin seçmə mərhələsində onun rəhbərliyi altında 10 oyunda 5 xal toplayaraq, 4-cü qrupda 6 komanda arasında sonuncu yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right