UEFA Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 16 klubdan 8-i müəyyənləşib.
Newsport.az saytının məlumatına görə, onlardan 5-nin səpələnmişlər, 2-nin isə səpələnməmişlər səbətində yer alacağı dəqiqdir.
Slovakiya təmsilçisi “Spartak”ın isə hansı səbətdə olacağı hələ məlum deyil. Azərbaycanı bu turnirdə təmsil edəcək komanda püşkatma zamanı səpələnməmişlərdə yer alacaq. Bu, ya “Zirə”, ya da “Sabah” olacaq.
Təmsilçimiz Donetsk “Şaxtyor”u, “Legiya”, “Şerif”, ÇFR və ya “Selye” ilə qarşılaşa bilər.
Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Legiya” (Polşa)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Selye” (Sloveniya)
Səpələnməmişlər
“Paksi” (Macarıstan)
Azərbaycan kubokunun qalibi və ya çempionatın 2-cisi
“Aktobe” (Qazaxıstan)
Kosovo kubokunun qalibi
Qeyri-müəyyənlər
“Spartak” (Trnava, Slovakiya)
Serbiya kubokunun qalibi
İsrail kubokunun qalibi
Kipr kubokunun qalibi və ya çempionatın 2-cisi
İsveç kubokunun qalibi
Xorvatiya kubokunun qalibi
Bolqarıstan kubokunun qalibi və ya çempionatın 2-cisi
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.