“Qarabağ” “Sevilya”nın sabiq hücumçusunu gətirir

Heyətini gücləndirmək üçün yeni oyunçu axtarışına davam edən “Qarabağ” ispan hücumçu ilə danışıq aparır. Polşa mətbuatının yazdığına görə ağdamlılar Varşava “Legiya”sında çıxış edən Mark Qualın transferində israrlıdır.

Newsport.az xəbər verir ki, 29 yaşlı ispanın hazırkı klubu ilə daha bir illik müqaviləsi var. Bu səbəbdən “Legiya”nın tələb etdiyi transfer haqqını ödəmək lazımdır. İki il öncə Ukrayna “Dnepr”indən azad agent kimi gələn forvard, son mövsümdə 47 oyuna 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu qollardan 7-ni 13 oyun keçirdiyi Konfrans Liqasında vurub.

Məhz avrokuboklardakı uğurlu çıxışı ilə “Qarabağ”ın diqqətini çəkən forvarda görə 700-800 min avro tələb edilir. Ağdamlılar isə yarım milyon xərcləməyə razıdır və son təklifində məhz bu rəqəmi göstərib. Hazırda danışıqlar davam edir.

Əsasən İspaniya klublarında çıxış edən Qual “Sevilya”, “Saraqosa”, “Jirona” kimi klublarda da çıxış edib. “Sevilya” onu bir neçə dəfə icarəyə verib. Mark heç vaxt hansısa kluba transfer olunmayıb – ya icarədə çıxış edib, ya da azad agent kimi klub dəyişib.

Mərkəz hücumçusunun oyun tərzinin “Qarabağ”ın üslubuna uyğun gəlməsi üzündən keçidin reallaşma faizi yüksəkdir. 2021-ci ildə Mahir Emrelinin “Legya”ya, Marko Veşoviçin əks marşrutla “Qarabağ”a keçdiyini nəzərə alsaq, klublar arasında normal münasibətlər var. Ona görə də Qualın çempionumuza gəlmək ehtimalı az deyil.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right