Elvinin fərqli musiqi seçiminin səbəbi

“Öncəki mövsümlər bizim üçün daha çətin olurdu. Bu il isə daha asan keçdi. Əslində, asan rəqib yoxdur. Sadəcə, bu, bizim peşəkarlığımızın nəticəsidir ki, çempionluğu tez rəsmiləşdirdik. Gələn il daha da uğurlu olmaq istəyirik”. Bu sözləri Newsport.az saytına açıqlamasında Elvin Cəfərquliyev deyib.

24 yaşlı müdafiəçi hələ hər şeyin bitmədiyini söyləyib: “Avropadakı oyunları çıxmaq şərti ilə bizim üçün çox yaxşı mövsüm keçdi. Çempionluğa layiq idik və belə də oldu. Amma hələ hər şey bitməyib. İndi Azərbaycan Kubokunun finalına hazırlaşırıq. Məqsədimiz orada da qalib gəlməkdir”.

Müdafiəçi mükafatlandırma mərasimində səsləndirdiyi mahnı haqqında isə bunları deyib: “İzlədiyim və çox sevdiyim bir filmdir. Buna görə də podiuma xüsusi olaraq həmin müsiqinin sədaları altında çıxmaq istədim. Kamera isə stadiondakı ab-havanı və azarkeşləri çəkmək üçün idi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right