"Qarabağ"ın futbolçusu bu klubla danışıq aparır

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia karyerasını Tunisdə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "AlkassTVSports" məlumat yayıb.

"Esperans" əlcəzairli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Klub artıq Benzia ilə danışıqlara başlayb. Tunis təmsilçisi klublararası dünya çempionatına qədər 30 yaşlı oyunçunun keçidini həll etməyə çalışır.

Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edir. Əlcəzair millisinin üzvünün Azərbaycan klubu ilə müqaviləs 30 iyun tarixində başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right