“Çox danışmağa ehtiyac yoxdu. Futbol üçün əlverişsiz olan hava şəraitində oynadıq. Məncə, futbolçular hər cür şəraitində oynamağa çalışmalıdırlar".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Novruz Əzimov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Rəvan"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Rəqibin heyətində vaxtilə “Bakı”ya məxsus 5 oyunçu vardı, biz Azərbaycan üçün futbolçu yetişdiririk. Oyunda vurulan yeganə qolun müəllifi Vüqar Bəybalayev də müqavilə ilə “Bakı”ya məxsusdur. Düşünürəm ki, futbolçularımız bu gün yaxşı mübarizə apardılar" - deyə o bildirib.
N.Əzimov oundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədovun onlara ismarış göndərərək, futbolçuların oyunundan razılığını ifadə etdiyini vurğulayıb.