“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Newsport.az “Bota Sot”-a istinadən xəbər verir ki, Ağdam klubu “Vora”nın hücumçusu Manfredas Ruzgislə maraqlanır.
“Köhlən atlar”ın artıq onun keçidi üçün ilk addımları atmağa başladığı bildirilir. Litva millisində çıxış edən 28 yaşlı hücumçu bu mövsüm komandasının heyətində 30 matçda 24 qol vurub.
Litvalı futbolçunun Albaniya klubu ilə müqaviləsi bu yay başa çatır. Manfredas “Paderborn 2″, “Köln 2″, “Una Strassen”, “Rot-Vays Oberhauzen”, “Videnbrük” klublarında forma geyinib.