“Sabah” Rusiyadakı beynəlxalq turnirdə ikinci oldu

Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə yekun vurulub.

Newsport.az xəbər verir ki, “Sabah”ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın “Rubin” (Kazan) komandası ilə qarşılaşıb. Oyun rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi “Sabah” turniri ikinci pillədə başa vurub.

“Sabah”ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right