Bu gün Azərbaycan Premyer Liqasında 36-cı turun “Qarabağ” – “Kəpəz” oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.
Newsport.az xəbər verir ki, “Azersun Arena”dakı mərasimdə mövsümün qalibi “Qarabağ”a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
“Qarabağ” – “Kəpəz” oyunu saat 19:00-da başlayacaq. Ağdam klubunun yaydığı açıqlamada matç üçün 2500 bilet satıldığı bildirilib. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdır.
“Zirə” mövsümü gümüş, “Araz-Naxçıvan” isə bürünc medalçı kimi bitirib.
“Qarabağ” tarixində 12-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq.