"Qarabağ" "Kəpəz"ə, "Neftçi" "Səbail"ə qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, 2-ci gündə 2 matç keçirilib.

Əvvəlcə "Neftçi" "Səbail"lə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da, "Neftçi" xal sayını 43-ə çatdıraraq 6-cı, "Səbail" isə 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb. 

"Qarabağ" isə "Kəpəz"i qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da, lider "Qarabağ" xal sayını 86-ya çatdırıb. "Kəpəz" isə 32 xalla 8-ci yerdədir. 

Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə "Qarabağ" çempion olub, "Zirə" 2-ci yeri, "Araz-Naxçıvan" isə 3-cü pilləni təmin edib.

18 may (bazar)

19:00. "Qarabağ" – "Kəpəz" - 3:0

Qollar: Leandro Andrade, 31, Aleksey Kaşuk, 74, Musa Qurbanov, 83

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov

VAR: Rəşad Əhmədov 

AVAR: Əli Əliyev

“Azersun Arena”

17:00. "Neftçi" – "Səbail" - 3:0 

Qollar: Dembo Darbo, 1, Ağadadaş Salyanski, 25, Əlirza Müştəbazadə - avtoqol, 79

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

“Neftçi Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right