Karyerasını başa vuran Mustafayevin şərəfinə tədbir təşkil olundu

Futbolçu karyerasını başa vuran “Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin şərəfinə Misli Premyer Liqasının 35-ci turunun “Turan Tovuz” oyunu öncəsi tədbir təşkil olunub.

Newsport.az xəbər verir ki, qarşılaşmadan əvvəl 30 yaşlı yarımmüdafiəçi üçün komanda yoldaşları fəxri dəhliz düzəldiblər.

Ardınca klub prezidenti Riad Rəfiyev ona xüsusi hədiyyə təqdim edib.

Daha sonra meydanın mərkəzinə yaxınlaşan oyunçu sonuncu dəfə topa toxunaraq komanda yoldaşları ilə sağollaşıb və peşəkar karyerasını sonlandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right