“Hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır” – Rəşad Sadıqov

“Yaxşı oyun oldu. Hər iki komandanı buna görə təbrik edirəm”.

Newsport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”a qarşı Misli Premyer Liqasının 35-ci turunun ev oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında bildirib.

Onun dediyinə görə, turnir cədvəlində bütün vəzifələrini artıq yerinə yetirmələrinə baxmayaraq, hər oyuna maksimum nəticə üçün çıxırlar: “Amma hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır”.

Sadıqov qeyd edib ki, ikinci hissədə komandasından gözlədiyi oyunu görüb: “Bəli, rəqibin təhlükəli epizodları oldu, amma biz intizamı qoruyaraq diqqətıi oyun sərgilədik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right