"Qarabağ"ın legioneri Tunis klubuna keçəcək?

“Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycanı tərk edə bilər.

Newsport.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Tunis klubuna keçə bilər.

Bu barədə “AlkassTVSports” nəşri məlumat verib. Əlcəzair millisinin üzvü “Esperans”la danışıq aparır.

Klublarası dünya çempionatına qədər “Esperans”ın Benzianın keçidini həll etmək istəyində olduğu bildirilir.

Əlavə edək ki, Yassinin “Qarabağ”la müqavilə müddəti iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right