Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulub.
Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.
2-ci yerdəki "İmişli" "Bakı Sportinq"lə, 3-cü pillədəki "Karvan" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq.
"İmişli" "Bakı Sportinq"lə oyunda qələbə qazanaraq 2-ciliyi təmin edə bilərdi. Buna "Karvan"ın öz oyununda 2:2 hesablı heç-heçə etməsi də şərait yaratmışdı. Lakin İmişlidə keçirilən görüş qolsuz bərabərliklə başa çatıb. Bununla da 2-ci və 3-cü pillələrin taleyi son - 27-ci turda həll olunacaq.
Bu gün həmçinin "Difai" "Cəbrayıl"la, MOİK "Mingəçevir"lə üz-üzə gəlib.
Qeyd edək ki, 1-ci liqada "Qəbələ" çempionluq qazanıb. Əyalət təmsilçisi ilə yanaşı, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib. Həmçinin "Qaradağ Lökbatan"ın turniri sonuncu yerdə başa vuracağı dəqiqləşib.
16 may (cümə)
17:00. “Difai” – “Cəbrayıl” - 1:1
Qollar: F.Kərimzadə, 59 – S.Əliyev, 80 - avtoqol
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov
Şamaxı OİK stadionu
17:00. “İmişli” – “Baku Sporting” - 0:0
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu
17:00. MOİK – “Mingəçevir” - 1:3
Qollar: İ.Əliyev, 66 - pen. – N.Əliyev, 14; A.Nəsibov, 33; A.Usman, 82
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə
Binə qəsəbə stadionu
17:00. “Karvan” – “Qaradağ Lökbatan” - 2:2
Qollar: E.Morgan, 50; E.Qasımov, 74 – T.Mütəlimov, 10; T.Əmircanov, 45 - pen.
Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev
Yevlax şəhər stadionu
15 may
"Qəbələ" – "Zaqatala" - 4:0
