Misli Premyer Liqada daha bir klubun büdcəsi müəyyənləşdi

"Kəpəz"in 2024-cü il üçün büdcəsi bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.

Klubun ötən il üçün gəlirləri 3 milyon 711 min 300 manat təşkil edib.

Sponsorlardan daxilolmalar - reklam gəlirləri 59 min 800 manat, sair gəlirlər 127 min 900 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 3 milyon 109 min 700 manat, UEFA-nın həmrəylik və pul mükafatları 413 min 900 manat olub.

Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 2 milyon 198 min 800 manat ayrılıb.

Xatırladaq ki, Gəncə təmsilçisi bu mövsüm Premyer Liqadada yerini qoruya bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right