İspaniya çempionatında titulun sahibi dünən müəyyənləşib.
“Barselona” La Liqanın 36-cı turunda “Espanyol”a qalib gələrək (2:0) İspaniya çempionu olub. Hans-Diter Flikin komandası 85 xal toplayıb.
Oyundan sonra komandanın futbolçularının müxtəlif şəkilləri yayılıb. Onlar arasında ən maraqlısı “Blauqrana”nın polşalı qapıçısı Voysex Şesnının paltardəyişmə otağında oturub siqar çəkməsidir. Komanda yoldaşları meydanda çempionluğu bayram edərkən o, kənara çəkilərək zərərli vərdişi ilə məşğul olub.