Qəbələ şəhər stadionu qarla örtüldü FOTOLAR

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində hazırda davam edən "Qəbələ" - "Mil-Muğan" matçının keçirildiyi Qəbələ şəhər stadionu qarla örtülüb.
Newsport.az-ın məlumatına görə, oyunun startında şəhərdə duman müşahidə olunsa da, ilk hissənin sonlarına doğru qar yağışı gücünü artırıb.

Komandalar fasiləyə yollandıqda artıq stadionun ot örtüyünü qarla əhatə olunub. Hazırkı hava şəraiti futbol oynamaq üçün əlverişli olmasa da, matç davam etdirilir.
Qeyd edək ki, hazırda davam edən oyunda "Qəbələ" 7-0 hesablı qələbə qazanır.
 
Xatırladaq ki, daha öncə Qəbələ şəhər stadionunda Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyunu qatı duman olması səbəbindən təxirə salınıb. Həmin matç bir gün sonra qaldığı dəqiqədən oynanılıb. Görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qəbələ şəhər stadionu qarla örtüldü – FOTOLAR

 

Qəbələ şəhər stadionu qarla örtüldü – FOTOLAR

 

Qəbələ şəhər stadionu qarla örtüldü – FOTOLAR

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right