Azərbaycanda işləmiş məşqçi Acunun klubundan göndərildi

İngiltərənin "Hall Siti" klubu baş məşqçi Ruben Selleslə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 41 yaşlı çalışdırıcının işi klub rəhbərliyini qane etmədiyi üçün bu qərarın verildiyi bildirilib.

Selles ötən ilin dekabr ayında türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti"nin baş məşqçisi təyin olunmuşdu.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsində işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right