UEFA Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klub sayı 7-yə çatıb.
Newsport.az saytının məlumatına görə, onlardan üçü səpələnmişlər, ikisi səpələnməmişlər səbətində yer alacaqsa, ikisinin səbəti qeyri-müəyyəndir.
Son olaraq Ukrayna nəhəngi “Şaxtyor”, Rumıniya ÇFR-i, Macarıstan komandası “Paksi” və Sloveniyanın “Selye” komandası bu turnirdə iştirak hüququna yiyələniblər. Onlardan “Şaxtyor” və ÇFR Polşa klubu “Legiya” kimi, püşkatma zamanı səpələnmişlərdə olacaq. Yəni bu 3 klub Azərbaycanı turnirdə təmsil edəcək komandanın potensial rəqibləridir. Çünki ölkəmizdən Avropa Liqasına yollanma ehtimalı olan “Zirə” və “Sabah”ın reytinqi aşağıdır. Onlardan hansı turnirə vəsiqə qazansa, püşkdə zəiflərin sırasında yer alacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Legiya” (Polşa)
ÇFR (Rumıniya)
Səpələnməmişlər
“Paksi” (Macarıstan)
Azərbaycan kubokunun qalibi və ya çempionatın 2-cisi
“Aktobe” (Qazaxıstan)
Kosovo kubokunun qalibi
Qeyri-müəyyənlər
“Selye” (Sloveniya)
“Spartak” (Trnava, Slovakiya)
Serbiya kubokunun qalibi
İsrail kubokunun qalibi
Kipr kubokunun qalibi və ya çempionatın 2-cisi
İsveç kubokunun qalibi
Xorvatiya kubokunun qalibi
Bolqarıstan kubokunun qalibi və ya çempionatın 2-cisi
Moldova kubokunun qalibi
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.