Bu gün Paraqvayın paytaxtı Asunsyonda FİFA-nın 75-ci Konqresi keçiriləcək.
Newsport.az xəbər verir ki, AFFA rəhbərliyi də bu tədbirdə iştirak edəcək. Məlumatı qurumun rəsmi saytı yayıb.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresə qatılacaqlar.