Emreli niyə fərdi məşq edir?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli hazırda "Nürnberq"də fərqdi məşqlər edir.

Newsport.az xəbər verir ki, bu haqda 2-ci Bundesliqa klubunun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, 28 yaşlı hücumçunun əzələsində problem var. O, bu səbəbdən "Köln"lə ötən həftə keçirilən matçın fasiləsində əvəzlənməli olub.

Emreli hazırda komandanın ümumi hazırlığından kənar qalıb.

Onun bu mövsümün sonuncu - 34-cü turunun mayın 18-si "Ayntraxt"a (Braunşveyq) qarşı səfər matçında iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right