Türkiyə kubokunda III turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, sözügedən tur çərçivəsində milli komandamızın üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka” növbəti matçına çıxıb.
İzmir təmsilçisi aşağı liqada mübarizə aparan "Tekirdağspor”la qarşılaşıb. Oyun Ağayevin komandasının 3-2 hesablı qələbəsi ilə başa çatıb. Ağayev bu matçda forma geyinməyib.
Bu qələbə sayəsində "Karşıyaka” kubokun qrup mərhələsinə vəsiqə qazanıb.