“Qarabağ” – “Kəpəz” matçının biletləri satışda

Premyer Liqanın 35-ci turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
iTicket.az-ın “28 və Gənclik Mall”da yerləşən məntəqələri.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Azarkeşlər biletləri oyun günü qeyd olunan satış məntəqələrindən, həm də “Azersun Arena”nın kassasından əldə edə bilər.

Bu qarşılaşma mayın 18-də keçiriləcək və 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right