Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Qeyd edək ki, 1-ci liqada çıxış edən və Ağsunu təmsil edən "Difai" klubu ev oyunlarını bu arenada keçirir.