Moskvanın SSKA komandasının sabiq futbolçusu, hazırda Bakının "Sabah" klubunun baş məşqçisi olan Vasili Berezutski “qırmızı-göylər”in UEFA kubokundakı qələbəsinin 20 illiyi şərəfinə keçiriləcək qala-matçda iştirak edəcək.
Newsport.az xəbər verir ki, bu barədə SSKA-nın mətbuat xidməti məlumat yayıb.
SSKA əfsanələri ilə 2004/05 mövsümündə mükatat gedən yolda ordu futbolçularının məğlub etdiyi Avropa klublarının oyunçularından ibarət komanda arasında oyun 18 may tarixində Moskvada keçiriləcək.
“Berezutski qardaşları və Sergey İqnaşeviçdən ibarət əfsanəvi müdafiə tandemi qala-matçda bütün azarkeşləri sevindirəcək,” – deyə məlumatda qeyd olunub.
Eyni zamanda SSKA “Sabah” klubuna keçmiş müdafiəçiyə qala-matçda iştirak etməyə imkan yaratdığı üçün təşəkkür edib.
Qeyd edək ki, bu matçdan bir gün əvvəl mayın 17-də "Sabah"ın Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Zirə"yə qarşı oyunu olacaq.
Əlavə edək ki, SSKA UEFA Kubokunun 2004/05 mövsümündəki finalında Portuqaliyanın “Sportinq” klubunu 3:1 hesabı ilə məğlub edib.