"Araz-Naxçıvan" braziliyalı legioneri istəyir

“Araz-Naxçıvan” yayda heyətini gücləndirməyi planlaşdırır.

Newsport.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi avrokuboklara vəsiqəni rəsmiləşdirəcəyi təqdirdə, artıq heyətlə bağlı müəyyən addımlar atacaq.

Bölgə klubunun istədiyi oyunçulardan biri də Alan Kariusdur. Əslində, Elmar Baxşıyev Səudiyyə Ərəbistanının “Əl-Adalah” klubunda oynayan braziliyalı futbolçunu hələ mövsümün əvvəlindən sərəncamında görmək istəyirdi. Amma Alanı Azərbaycana gətirmək mümkün olmamışdı. Lakin klub onun xidmətində hələ də maraqlıdır.

Bu yay isə Kariusun “Araz-Naxçıvan”a keçidi baş tuta bilər. Mövsüm başa çatdıqdan sonra 28 yaşlı futbolçunun bu komandaya keçib-keçməyəcəyi dəqiqləşəcək. 2024-cü il iyulun 18-dən “Əl-Adalah” klubunda oynayan Alanın müqavilə müddəti iyulun 5-də başa çatacaq. O, karyerası ərzində “Volta-Redonda”, “Vila Nova”, “Sankt-Polten”, “Kasımpaşa”, “Tuzlaspor”, “Kioto Sanqa” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right