Millimizin oyununun yeri və saatı məlum oldu

Azərbaycanın qadınlardan ibarət yığmasının Millətlər Liqasının qrup mərhələsində Litvaya qarşı keçirəcəyi matçın saatı və yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, oyun mayın 30-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi C4 qrupunda mübarizə aparır. Hazırda turnir cədvəlində Monteneqro 5 xalla 1-ci (3 oyun), eyni xala malik Azərbaycan 2-ci (3 oyun), xalı olmayan Litva sə 3-cüdür (2 oyun). Qrupun qalibi B divizionuna yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right