“Sumqayıt” məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
V. Cavadov bundan sonra klubumuzun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komandamız 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.